Rusiyanın “Kamaz” şirkətinin təsisçisi və ilk direktoru Lev Vasilyev 99 yaşında dünyasını dəyişib.
Bu barədə məlumatı Tatarıstanın Rusiyadakı səlahiyyətli nümayəndəliyi öz sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, L.Vasilyev 1969-cu ildən 1981-ci ilə qədər “Kamaz” zavoduna rəhbərlik edib. O, həmçinin 1949-cu ildən “Moskviç” zavodunun baş direktoru vəzifəsində də çalışıb. Eyni zamanda Vasilyev 1984-1988-ci illərdə SSRİ-nin Yüngül və Qida Sənayesi, Məişət Avadanlıqları üzrə Maşınqayırma Nazirliyinə rəhbərlik edib.