“Avto Lizinq Azərbaycan” MMC-nin ( Əvvəlki adı: “Kamaz Lizinq Azərbaycan” MMC) nizamnamə kapitalı artırılıb.
Banker.az xəbər verir ki, Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının rezidentinin nizamnamə kapitalı 7.55 milyon manat və ya 284.7 faiz artımla 10.2 milyon manata qaldırılıb.
Xatərıadaq ki, MMC 2021-ci ildə təsis edilib və 2022-ci ilin oktyabrına qədər “Kamaz Lizinq Azərbaycan” MMC kimi fəaliyyət göstərib. Şirkət “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində yığılmış “KAMAZ” avtomobillərinin lizinqini təklif edir.