Bu, onların ailəsi üçün böyük məbləğ idi.
Kambocanın yeddi sakini oksigen çatışmazlığından boğulublar. Onlar quyudan üç min riel (60 qəpik) çıxarmağa çalışarkən vəfat ediblər.
Hadisə may ayının 31-də baş verib. Siemreap əyalətində üç yeniyetmə də daxil olmaqla yeddi nəfər suyu qurumuş quyuya enərək, ora düşən pulu çıxarmağa çalışıblar. Polis İdarəsində qeyd edilib ki, ölüm oksigen çatışmazlığı nəticəsində baş verib.
Ölən yeniyetmələrdən birinin bacısı qardaşının bu məbləğin onların ailəsi üçün böyük məbləğ olduğunu söylədiyini deyib.
Oxu.az