Baş Prokuror Kamran Əliyevin əmri ilə bağlı Baş Prokurorluqda bəzi idarə rəisləri təyin edilib.
Abdullayev Natiq Saleh oğlu Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis, Həsənəliyev Fazil Əsgər oğlu Elm-Tədris mərkəzinin rəisi, Mahir Abbasov İstintaqa Nəzarət İdarəsinin rəisi təyin edilib.
Qeyd edək ki, təyin olunan şəxslər əvvəllər başqa idarələrin rəisi olub.