10 C
Baku
Friday, December 13, 2024

Kamran Əliyev iranlı həmkarı ilə Tehrandakı Səfirliyə hücumu müzakirə edib

Dekabrın 23-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə İran İslam Respublikasının Baş prokuroru Mohammad Kazem Movahedi-Azad arasında videoformatda geniş tərkibli görüş keçirilib.

Banker.az Baş Prokurorluğa istinadən xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinə cari ilin 27 yanvar tarixində edilən terror hücumu ilə bağlı cinayət işi üzrə məhkəmə baxışının keçirilməsi, yekun qərarın qəbulunun sürətləndirilməsi və hüquqi əməkdaşlıq mexanizmləri müzakirə olunub.

Bundan başqa, görüş zamanı ölkələrimizin prokurorluq orqanları arasında hüquqi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin, ölkəmizin İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə və İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi də iştirak edib.

photo 2023 12 26 10 42 34

Son xəbərlər
Digər xəbərlər