6 C
Baku
Sunday, December 15, 2024

Kanada Əfqanıstandan 40 min qaçqını qəbul edəcək

Kanada Əfqanıstandan 40 min qaçqını qəbul edəcək.

Banker.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Castin Trüdo məlumat verib.

Xatırladaq ki, daha əvvəl immiqrasiya naziri Marko Mendiçino Kanadanın ən həssas qruplardan olan 20 mindən çox əfqanlı qəbul edəcəyini söyləyib. “Kanada 40 min qaçqına ev sahibliyi edir və başqalarını da Əfqanıstana dəstək olmağa çağırır”, – deyə Trüdo “Twitter”də yazıb.

Xatırladaq ki, 15 avqustda “Taliban” hərəkatının nümayəndələri Kabilə daxil olaraq Əfqanıstan paytaxtı üzərindəki nəzarəti ələ keçiriblər. Taliblər Əfqanıstanın bütün ərazisinə nəzarət etdiklərini bildiriblər. Ölkə prezidenti Əşrəf Qani ölkədən qaçıb.

Sentyabrın əvvəlində isə Taliban 2001-ci ildən BMT sanksiyaları altında olan Məhəmməd Həsən Axundun rəhbərlik etdiyi müvəqqəti hökumətin tərkibini elan edib.

Son xəbərlər
Digər xəbərlər