10 C
Baku
Saturday, December 21, 2024

Kanada 63 Rusiya təşkilatına qarşı yeni sanksiyalar tətbiq edib

Kanada Rusiyadan gələn vətəndaşlara və təşkilatlara qarşı yeni sanksiyalar tətbiq edib.

Bu barədə Kanada Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş məlumatda deyilir.

Məhdudiyyətlər Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin həyat yoldaşı Svetlana Medvedeva və onun oğlu İlya, Rusiya Federasiyası baş nazirinin müavini Tatyana Qolikova, prezident Vladimir Putinin köməkçisi Maksim Oreşkinə şamil edilib.

Məhdudlaşdırıcı tədbirlər ümumilikdə Rusiyadan olan 129 fiziki şəxs və 63 təşkilata təsir edib.

Həmçinin, Kanada hakimiyyəti elektronika istehsalında istifadə olunan bəzi kimyəvi maddələrin Rusiyaya ixracını qadağan edib.

Son xəbərlər
Digər xəbərlər