Kanadanın Baş naziri Castin Trüdo “X” sosial şəbəkəsində ABŞ prezidenti Donald Trampla telefon danışığı apardığını açıqlayıb. Cənab Trüdo qeyd edib ki, ABŞ tərəfindən tarif rüsumlarının tətbiqi ən azı 30 gün müddətinə dayandırılacaq.
Bir neçə gün əvvəl prezident Donald Tramp ABŞ-nin Kanadaya heç bir səbəb olmadan “yüz milyardlarla dollar” subsidiya verdiyini açıqlayıb və Kanada hakimiyyətini vergiləri azaltmağa və müdafiəyə daha çox vəsait xərcləməyə çağırıb.
Fevralın 2-də Kanada hökuməti ABŞ-nin hərəkətlərinə cavab olaraq fevralın 4-dən etibarən ət, süd və süd məhsulları, meyvə, tərəvəz və spirtli içkilər daxil olmaqla, Amerika mallarına 25% rüsum tətbiq edəcəyini vəd edib. Fevralın 1-də Donald Tramp Meksika və Kanadadan gələn mallara 25%, Çindən gələn mallara isə 10% rüsum tətbiq edən fərman imzalayıb. Kanadadan gələn enerji məhsulları üçün tarif 10% təşkil edib.