10 C
Baku
Monday, February 3, 2025

Kanada ABŞ mallarına cavab rüsumları tətbiq edir

Kanadanın Baş naziri Castin Trüdo 155 milyard dollara qədər olan Amerika mallarına 25% tarif tətbiq etdiyini açıqlayıb. Bu, Vaşinqtonun Kanadadan gələn enerji məhsullarına 10%, digər məhsullara isə 25% rüsum tətbiq etmək qərarına cavabdır.

“Bunun sizin, Amerika xalqı üçün real nəticələri olacaq”, – deyə Castin Trüdo xüsusi müraciətində söyləyib.

Kanadanın Baş naziri bildirib ki, ABŞ-nin tətbiq etdiyi tariflər ərzaq və digər malların bahalaşmasına səbəb olacaq. “Ağ Evin bugünkü hərəkətləri bizi birləşdirmir, ayırır”, – cənab Trüdo əlavə edib.

Kanada hökuməti həmçinin bir sıra qeyri-tarif tədbirləri nəzərdən keçirir. Hansı ki, minerallara və enerji təchizatına təsir edə bilər, Baş nazir əlavə edib.

Xatırladaq ki, tariflərin artırılması Donald Trampın seçkiqabağı vədidir. O, bunu narkotik qaçaqmalçılığı və qeyri-qanuni miqrasiya ilə mübarizə ilə izah edib. Kanadanın Baş naziri Castin Trüdo söz verib ki, ölkə ABŞ-nin tariflərinə dərhal cavab verəcək. Ottava ABŞ-yə elektrik və enerji təchizatının dayandırılmasını istisna etməyib.

Son xəbərlər
Digər xəbərlər