10 C
Baku
Tuesday, April 15, 2025

Kanada ABŞ tarifləri ilə bağlı ÜTT-yə müraciət edib

Kanada hakimiyyəti ABŞ-nin yeni ticarət tarifləri ilə əlaqədar Ümumdünya Ticarət Təşkilatından (ÜTT) məsləhətləşmələr tələb edib. ÜTT-nin mətbuat xidmətinin məlumatına görə, söhbət Kanada avtomobillərinə və avtomobil hissələrinə tətbiq edilən 25 faizlik tariflərdən gedir.

Martın 2-də ABŞ prezidenti Donald Tramp 185 ölkədən gələn mallara rüsumlar tətbiq etdiyini açıqlayıb. Rüsumun minimum məbləği 10% təşkil edir.

Kanadanın Baş naziri Mark Karni ABŞ-yə qarşı cavab rüsumlarını açıqlayıb. O əlavə edib ki, Ağ Ev tarifləri qaldırana qədər rüsumlar qüvvədə qalacaq. ÜTT-nin rəhbəri Nqozi Okonjo-İveala xəbərdarlıq edib ki, ABŞ administrasiyasının hərəkətləri qlobal ticarətin bir il ərzində 1% daralmasına səbəb ola bilər.

Son xəbərlər
Digər xəbərlər