Kanada ordusu müxtəlif əməliyyatlar keçirə bilmək üçün zaman keçdikcə Arktikada mövcudluğunu gücləndirmək niyyətindədir.
Bunu Şimali Amerika ölkəsinin Müdafiə Ordusunun Qərargah rəisi, general Ueyn Eyr Kanada parlamentinin Nümayəndələr Palatasının (aşağı palata) Milli Müdafiə Komitəsində keçirilən dinləmələrdə deyib.
“Hazırlıq (Kanada Silahlı Qüvvələrinin hazırlığı – red) dörd komponentdən ibarətdir: insanlar, avadanlıq, təlim və maddi-texniki təminat. Arktikada əməliyyatlar apara bilmək üçün diqqətimizi hər dörd hissəyə (komponentə) yönəltməliyik”, – o bildirib.