Kanada Nəqliyyat Nazirliyi 2019-cu ilin martında İndoneziya və Efiopiyada baş verən qəzalardan sonra “Boeing 737 Max” təyyarəsinə qoyduğu uçuş qadağasını götürəcəyini açıqlayıb.
Nəqliyyat Nazirliyi bildirib ki, təxminən 2 illik yoxlanışın tamamladığını və təyyarələrin Kanada hava məkanına qaytarılması üçün “uçuşa yararlılıq təlimatı” verilib. “737 Max” təyyarələrinin ticarət uçuşlarını qadağan edən aviatorlar üçün bildirişin qaldırılması ilə yanvarın 20-də təyyarələrin hava məkanından istifadəsi üçün son addımların tamamlanacağı bildirilib.