Kanada Səhiyyə Nazirliyi cümə günü “Pfizer” və “BioNTech” şirkətlərinin istehsalı olan vaksinin 5-11 yaş arası uşaqların peyvənd edilməsi üçün istifadəsini təsdiqləyib.
Bu barədə Kanada Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilir:
“Nazirlik bu gün Pfizer-BioNtech şirkətinin “Comirnaty COVID-19” peyvəndinin 5-11 yaş arası uşaqlar üçün istifadəsinə icazə verib”.
Qeyd edilir ki, bu vaksin Kanadada bu yaş qrupunda istifadə üçün təsdiqlənmiş ilk COVID-19 peyvəndidir. Peyvənd ilk olaraq 2020-ci ilin dekabrında 16 yaşdan yuxarı insanların peyvənd edilməsi üçün, daha sonra isə bu ilin may ayında 12-15 yaş arası yeniyetmələr arasında istifadə üçün təsdiq edilib. Açıqlamada vurğulandığı kimi, peyvənd 5-11 yaşlı uşaqlarda COVID-19-un qarşısının alınmasının effektivliyini 90,7% səviyyəsində göstərib.