20 C
Baku
Friday, May 3, 2024

Kanada Ermənistanda səfirlik açdı

Ermənistanda Kanada səfirliyinin açılışı olub.

Səfirliyin açılışı mərasimində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və İrəvanda səfərdə olan Kanadanın xarici işlər naziri Melani Coli iştirak edib.

Mərasimdə Kanadanın Ermənistandakı ilk səfiri Endryu Törner də iştirak edib.

Qeyd edək ki, Kanada əvvəllər Moskvadakı səfirliyi vasitəsilə Ermənistanla diplomatik əlaqələr saxlayırdı. Ermənistanda Kanadanın konsulluğu olsa da, o, öz ölkəsinin vətəndaşlarına məhdud xidmətlər göstərirdi.

Xatırladaq ki, bir müddət əvvəl yeni səfir Endryu Törner etimadnaməsini Ermənistan Prezidenti Vaaqn Xaçaturyana təqdim edib.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər