Kanada Finlandiya və İsveçin alyansa qoşulması haqqında protokolları təsdiq edən ilk NATO ölkəsi olub.
Bu barədə Kanadanın Baş naziri Castin Trüdonun yaydığı bəyanatında deyilib.
“Bu gün [iyulun 5-də] Kanada Finlandiya və İsveçin NATO-ya qoşulma protokollarını təsdiq edən ilk ölkə oldu. Bu, iki ölkəni [alyansa] tam üzvlüyə yaxınlaşdırır”, – deyə baş nazir bildirib.
C.Trüdo iki ölkənin “tez və effektiv şəkildə NATO-ya inteqrasiya edə biləcəyinə” əminliyini ifadə edib.