Kanada hökuməti Haitiyə humanitar yardım üçün 16.5 milyon Kanada dolları (12.3 milyon ABŞ dollar) ayıracaq.
Bunu Kanadanın Baş naziri Castin Trüdo deyib.
Onun sözlərinə görə, Kanada Haitiyə mühüm humanitar yardım göstərməyə davam edəcək. Ayrılan vəsaitlər BMT-nin vasitəsilə Haitiyə veriləcək.
Bundan əlavə, C.Trüdo Ottavanın korrupsiyada şübhəli bildiyi Haitinin keçmiş prezidenti Mişel Martelliyə də sanksiya tətbiq etdiyini bildirib.