4 C
Baku
Tuesday, March 5, 2024

Kanada İrana qarşı sanksiyalar siyahısını genişləndirib

Kanada hakimiyyəti İrana qarşı sanksiyalar siyahısına daha iki şəxs və üç təşkilat əlavə edib.

Bu barədə Kanada Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

Məhdudiyyətlərin İranda davam edən insan hüquqları pozuntuları ilə əlaqədar tətbiq olunduğu vurğulanır. Siyahıya “Mətbuat Müşahidə Şurası” və “İranskaya qazeta” daxildir.

Bundan əvvəl Kanada İrandakı etirazlar fonunda İranda onlarla fiziki və hüquqi şəxsi, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölmələri) üzvlərini iqtisadi sanksiyalar siyahısına daxil edib. Bundan əlavə, “Shahed” və “Mohajer-6” pilotsuz uçuş aparatlarını istehsal edən “Shahed Aviation Industries” və “Qods Aviation Industries” Kanada sanksiyalarına məruz qalıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər