Kanada Mərkəzi Bankı yüksək inflyasiya fonunda bir il ərzində yeddinci dəfə əsas faiz dərəcəsini illik 3,75%-dən 4,25%-ə qədər artırıb.
Bu barədə tənzimləyicinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, Kanadada və digər ölkələrdə inflyasiya yüksək səviyyədə qalır və iqtisadi artım çox ləng gedir.
Bu ölkədə inflyasiya hazırda son 40 ilin ən yüksək həddi olan 6,9% səviyyəsindədir. Eyni zamanda, enerji resurslarının bahalaşması Kanadada ərzaq və digər məhsulların qiymətlərinin artmasına səbəb olub.