26 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

Kanada peyvənd olunmuş əcnəbilər üçün sərhədləri açır

Screen Shot 2021 09 02 at 14.34.20

COVID-19 peyvəndinin vurulması haqqında sertifikat təqdim edən vətəndaşlar Kanadaya gəldikdən sonra on dörd günlük karantində qalmalı olmayacaqlar.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Bildirildiyi kimi, sentyabrın 7-dən istirahət məqsədilə Şimali Amerikaya gələn əcnəbilər üçün dövlət sərhədlərini açmaq əmri verilib.

Vurğulanır ki, 12 yaşdan kiçik olan uşaqları peyvənd olunmuş valideynlər və ya qəyyumlar müşayiət etməlidir. Bundan əlavə, onlar iki həftə karantində oturmaq məcburiyyətindədir.

Bu tədbirlər hələki Hindistan və Mərakeşdən gələn əcnəbilərə şamil edilmir. Kanada pandemiya fonunda bu ölkələrlə birbaşa uçuşları 21 sentyabrdan 29 sentyabradək dayandırıb. Buna baxmayaraq, Hindistan və ya Mərakeş vətəndaşı olan şəxslər peyvənd olunma sertifikatı ilə üçüncü ölkələr vasitəsilə Kanadaya uça biləcəklər.

Xatırladaq ki, Kanada sərhədlərini 2020-ci ilin mart ayında bağlamışdı. İyulun 5-dən etibarən hökumət peyvənd olunmuş kanadalılar, habelə yaşayış icazəsi olan əcnəbilər üçün dövlət sərhədlərini keçmə məhdudiyyətlərini yumşaltmışdı. Bu, “Pfizer”, “Moderna”, “Johnson & Johnson” və “AstraZeneca” preparatları ilə peyvənd olunmuş vətəndaşlara iki həftəlik karantindən qaçmağa imkan verir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər