8 C
Baku
Thursday, December 12, 2024

Kanada Putin də daxil olmaqla minə yaxın rusiyalıya qadağa qoyub

Kanada Ukrayna hadisələri ilə əlaqədar Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, sanksiyalara məruz qalan minə yaxın rusiyalının ölkəyə girişini qadağan etmək barədə qərara gəlib. Buna dair Kanadanın ictimai təhlükəsizlik naziri Marko Mendiçino deyib.

“Kanada Putin hökumətinin amansız hücumu qarşısında Ukraynanın yanındadır. Buna görə də biz indicə minə yaxın rusiyalı, o cümlədən Putin və onun ətrafı üzvləri üçün ölkəyə giriş qadağası elan etmişik”, – Mendiçino bildirib.

Onun sözlərinə görə, bu şəxslər artıq Kanadanın sanksiya siyahılarındadı: “İndi onların ölkəyə girişinə icazə verilməyəcək”.

Son xəbərlər
Digər xəbərlər