15 C
Baku
Cümə, Oktyabr 22, 2021

Kanada Qarabağ münaqişəsinə görə Türkiyəyə silah ixracını müvəqqəti olaraq dayandırır

faizlere

Kanadanın xarici işlər naziri Fransua-Filipp Şanpan bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin yenidən kəskinləşməsi səbəbindən ölkə Türkiyəyə silah ixracını müvəqqəti olaraq dayandıracaq.

Banker.az bu barədə “Ria.ru”ya istinadən xəbər verir.

Onun sözlərinə görə, bir neçə gün əvvəl Dağlıq Qarabağdakı hərbi toqquşmada Kanadanın texnologiyalarından istifadə edilməsi haqqında məlumat yayılıb. Bu barədə xəbər alan Fransua-Filipp Şanpan yoxlamalar aparmaq tapşırığını verib.

“Kanadanın silah ixracı üzərində qurduğu sərt nəzarət rejiminə və davam edən istintaqa uyğun olaraq, Türkiyəyə silah ixracı müvəqqəti olaraq dayandırılacaq”, – ölkənin Xarici İşlər Nazirliyinin rəsmi səhifəsində yerləşdirilən mesajda deyilir.

Kanada mediasında yer alan məlumata görə, Azərbaycan Dağlıq Qarabağdakı döyüşlərdə Kanadanın istehsal etdiyi datçiklərlə təchiz edilmiş PUA-lardan istifadə edir. Bununla əlaqədar olaraq, Kanada Xarici İşlər Nazirliyi ötən həftə Türkiyəyə silah ixracını dayandırmaq qərarını verib.

Şampan ixrac məsələlərini nəzərdən keçirərkən “ən yüksək standartlara riayət etdiyini” və BMT-nin silah ticarəti müqaviləsinə sadiq qaldığını vurğulayıb.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər