18 C
Baku
Sunday, September 8, 2024

Kanada qarşıdakı 20 il ərzində müdafiə sahəsinə $53 mlrd. xərcləyəcək

Kanada qarşıdakı iyirmi il ərzində müdafiə sahəsinə 53.3 milyard dollar xərcləmək niyyətindədir.

Bu barədə ölkənin Baş naziri Castin Trüdo Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində bəyanatla çıxış edib.

“Bizim yeni müdafiə siyasəti baxışımız qarşıdakı iyirmi il ərzində 53.3 milyard dollar müdafiə investisiyası nəzərdə tutur. Bu, Kanadanın alyansı dəstəkləməkdə sarsılmaz qətiyyətini nümayiş etdirir”, – Baş nazir vurğulayıb.

Onun sözlərinə görə, bu vəsait digər məsələlərlə yanaşı, Kanadanın komandanlığı altında Latviyadakı çoxmillətli NATO batalyonunun döyüş hazırlığını təmin etmək və ukraynalı hərbçilərə təlim keçmək üçün nəzərdə tutulub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər