Rəsmi Ottava Rusiya almazlarının və almazla bəzədilən zinət əşyalarının idxalına yeni məhdudiyyətlər tətbiq edib.
Bu barədə Kanada hökumətinin saytında məlumat verilib.
Qeyd olunub ki, buna səbəb Rusiyanın bu məhsullardan əldə edə biləcəyi gəlirləri azaltmaqdır.
Dəyişikliklər həmçinin almazların və əlaqədar məhsulların idxalına qoyulan qadağaya yeni əlavələrə uyğunluğu təmin etməyi ehtiva edir.