Kanadanın Baş naziri Castin Trüdo Rusiyadan xam neft tədarükünü dayandırmaq niyyətində olduğunu bildirib.
Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
“Biz prezident Putin və onun oliqarxlarına böyük fayda verən sənayenin – xam neftin idxalını qadağan etmək niyyətimizi elan edirik”, – mesajda deyilir.
Qeyd edək ki, Kanada dünyanın ən böyük neft ixracatçılarından biridir. Bu ölkədə Rusiyadan idxal olunan neftin payı bir faizdən də azdır. 2020-2021-ci illərdə Kanada Rusiyadan xam neft almayıb və yalnız neft məhsulları idxal edib.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyatın başladığını elan edib. Onun məqsədi, dövlət başçısının sözlərinə görə, Ukraynanın demilitarizasiyası və denasifikasiyası, eləcə də Donbassda “soyqırıma məruz qalan” insanların müdafiəsidir.