28 C
Baku
Saturday, August 9, 2025

Kanada Rusiya neftinin qiymətini bir barel üçün 47,60 dollara endirəcək

Kanada hakimiyyəti Ukraynadakı münaqişə ilə əlaqədar Rusiya neftinin qiymət tavanını bir barel üçün 47,60 dollara endirmək niyyətində olduqlarını açıqlayıb.

Bu barədə Kanada hökumətinin saytında bildirilib.

“Kanada Avropa İttifaqı və Böyük Britaniya ilə birgə <….> Rusiya neftinin dəniz yolu ilə daşınmasına qoyulan qiymət həddini bir barel üçün 60 dollardan 47,60 dollara qədər azaltmaq niyyətindədir”, – deyə qeyd edilib.

İyulun 18-də Aİ Rusiya neftinin qiymət tavanını bir barel üçün 47,6 dollara endirdiyini elan edib.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər