Kanada hökuməti Rusiyanın 62 rəsmi şəxsinə sanksiya tətbiq edib.
Sanksiya tətbiq edilənlər arasında Rusiyanın regionlarının qubernatorları, qubernatorların ailə üzvləri var.
Kanada Rusiyanın elektron maşınlar və dronlar istehsal edən “Avtomatika” şirkətinə də sanksiya tətbiq edib.
Xatırladaq ki, bu il fevralın 24-dən indiyə qədər Kanada Rusiyanın 1300-dən çox hüquqi və fiziki şəxsinə sanksiya tətbiq edib.