17 C
Baku
Sunday, May 5, 2024

Kanada Rusiyanın 327 mln. dollarlıq aktivlərini dondurub

Kanada polisinin saytında verilən məlumata görə, Ukraynada müharibə başlayandan iyunun 7-sinədək Rusiyanın 412.1 milyon Kanada dolları (328.6 milyon ABŞ dolları) dəyərində aktivlərini bloklayıb.

Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.

Xüsusilə, 123 milyon Kanada dolları (98.1 milyon ABŞ dolları) rusiyalıların sanksiyaya məruz qalan hesablarında dondurulub, daha 289 milyon Kanada dolları (230.5 ABŞ dolları) isə əməliyyatlar çərçivəsində bloklanıb.

Aprelin sonunda Kanada Xarici İşlər Nazirliyi bəyan edib ki, ölkə sanksiyalara məruz qalan şəxslərin müsadirə edilmiş aktivlərini sata bilmək üçün qanuna dəyişiklik etməyi planlaşdırır.

“CBC” qeyd edir ki, İcmalar Palatasının qanun layihəsini iyunun sonuna kimi təsdiq edəcəyi gözlənilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər