25 C
Baku
Saturday, July 27, 2024

Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib

Kanada hökuməti daha əvvəl Rusiyanın neft-qaz və kimya sənayesinə qarşı tətbiq etdiyi sanksiyaları genişləndirib. Bildirilir ki, indi onlar quru və boru kəməri nəqliyyatına, metalların, nəqliyyat vasitələrinin, kompüterlərin, elektrik, elektrik və maşın avadanlıqlarının istehsalını əhatə edəcək.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir. Kanada şirkətlərinə müqavilələri tamamlamaq üçün 60 gün vaxt veriləcək.

Ölkənin daha əvvəl tətbiq etdiyi sanksiyalara görə “Şimal axını”na xidmətdə çətinliklər yaranıb. “Qazprom” iyunda bununla əlaqədar olaraq Avropaya qaz tədarükünü xeyli məhdudlaşdırıb. İyulun 9-da Ottava Berlinin xahişindən sonra “Şimal axını” üçün “Siemens” turbinini geri qaytarmaq qərarına gəlib.

Son xəbərlər
Digər xəbərlər