25 C
Baku
Wednesday, May 29, 2024

Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib

Kanada hakimiyyəti Rusiya Federasiyasına qarşı sanksiyalar siyahısını genişləndirərək, siyahıya Dmitri Peskov (Rusiya Prezidenti Vladimir Putinin sözçüsü – red), İqor Şuvalov (“VEB.RF” dövlət korporasiyasının sədri – red) və Sergey Çemezovun (“Rostex”in rəhbəri -red) ailə üzvləri də daxil olmaqla 43 nəfərin adını əlavə edib.

Bu barədə Kanada hökumətinin saytında Ottavanın Moskvaya qarşı sanksiyaları bölməsində məlumat verilib.

Yenilənmiş siyahılara daxil olanlar arasında Tatyana Navka, Yelizaveta və Nikolay Peskov (1998 və 1990-cı il təvəllüdlü), Aleksandr və Sergey Çemezovlar (1985 və 2022-ci il təvəllüdlü), Olqa, Yevgeni və Marina Şuvalova (1966, 1993 və 1999-cu il təvəllüdlü) var.

Bundan əlavə, siyahıya iş adamı Yuri Kovalçukun ailə üzvləri və digər şəxslər düşüb.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər