17 C
Baku
Saturday, October 5, 2024

Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib

Kanada Xarici İşlər Nazirliyinin saytında yayılan mesaja görə, ölkə 14 Rusiya vətəndaşına və Rusiyadan olan 34 təşkilata qarşı sanksiya tətbiq edib. Sanksiyaya məruz qalanlar arasında Tatarıstan lideri Rüstəm Minnixanov, onun həyat yoldaşı Gülsina Minnixanova (2017-ci ildə Forbes-in versiyasına görə Rusiyanın ən zəngin qadınları reytinqinə daxil olub), həmçinin müdafiə nazirinin müavini Nikolay Pankov da var.

Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.

Kanada fevral ayında da Rusiyaya qarşı sanksiyaları genişləndirib, o cümlədən 38 rusiyalıya və sanksiya siyahısında olan 16 təşkilata qarşı “dezinformasiyanın yayılmasına” görə məhdudiyyətlər tətbiq edib.

Bundan əlavə, mart ayında Kanada Rusiyadan alüminium və polad məhsullarının idxalına qadağa qoyub.

Son xəbərlər
Digər xəbərlər