Kanada Rusiyaya qarşı sanksiyalarını genişləndirir.
Bu barədə Kanadanın xarici işlər naziri Melani Jolinin bazar ertəsi Kanada hökumətinin saytında dərc olunmuş bəyanatında deyilir.
Sanksiya siyahısına dezinformasiyanın yayılmasında əli olan 34 şəxs və bir təşkilat əlavə edilib.
Siyahıya “Zvezda” telekanalı, həmçinin Mixail Leontyev, Tina Kandelaki, Kirill Kleymenov kimi rusiyalı jurnalistlər, hərbi journalist Aleksandr Kots, aparıcı Mariya Sittel, idman şərhçisi Dmitri Quberniev, “Moskovski Komsomolets” qəzetinin baş redaktoru Pavel Qusev, “Komsomolskaya Pravda“ qəzetinin köşə yazarı Aleksandr Qamov daxil edilib.
Bundan başqa, aktyorlar Sergey Bezrukov, Dmitri Pevtsov və Vladimir Maşkov, Rusiya Hərbi Tarixi Cəmiyyətinin sədri Vladimir Medinski, Dövlət Dumasında “Yeni insanlar” fraksiyasının rəhbəri Aleksey Neçayev də sanksiyalara məruz qalıb.
Kanada hakimiyyəti iddia edir ki, sanksiya siyahısına dezinformasiya yayan şəxslər və qurumlar daxildir.