25 C
Baku
Friday, July 12, 2024

Kanada Rusiyaya yeni sanksiyalar tətbiq edib

Kanada Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə cavab olaraq bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq edib.

Bu barədə Kanadanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kanada Rusiyanın hərbi sənaye kompleksi ilə əlaqəli 20 fiziki və 21 hüquqi şəxsə və Rusiyanın mədəniyyət və təhsil sektorları ilə əlaqəli 19 fiziki və 4 hüquqi şəxsə qarşı sanksiya tətbiq edir.

Sanksiya tətbiq olunan şəxslər arasında “Vaqner” Qrupunun filialının rəhbəri İvan Maslov da daxil olmaqla, həm Ukraynada, həm də Afrikada fəaliyyət göstərən “Vaqner” Qrupunun rəhbərləri var.

“Sanksiyalar Rusiyanın nüvə sektorunun liderlərini də hədəfləyir ki, Kremlin Ukraynada, xüsusən də Zaporojye Atom Elektrik Stansiyasında nüvə insidenti riskini əhəmiyyətli dərəcədə artıran ehtiyatsız hərəkətlərinə qarşı təzyiqi gücləndirsin. Sanksiyalar həmçinin “Orlan-10” pilotsuz uçuş aparatının inkişafı, istehsalı və tədarük zəncirində iştirak edən bir sıra rusiyalıları da hədəf alır.

Kanada eyni zamanda, Kremlin Ukrayna mədəniyyətini ruslaşdırmaq səylərini dəstəkləyən şəxslərə də sanksiya tətbiq edir”, – Kanada XİN-in məlumatında qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər