8 C
Baku
Monday, November 18, 2024

Kanada Rusiyaya yeni sanksiyalar tətbiq etdi

Kanada Rusiya oliqarxları, onların ailə üzvləri və prezident Vladimir Putinə yaxın adamlar da daxil olmaqla 14 nəfərə sanksiya tətbiq edib.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Kanada hökuməti alkoqollu içkilər, tütün məmulatları, bəzi tekstil məhsulları və idman geyimləri, ayaqqabılar, dəbdəbəli geyim və aksessuarlar, zərgərlik məmulatları, mətbəx əşyaları və incəsənət nümunələri daxil olmaqla, lüks malların Rusiyaya ixracını qadağan edib.

Yeni sanksiyalar çərçivəsində Rusiyadan lüks malların idxalına da qadağa qoyulub. Eyni zamanda Kanada Rusiyadan alkoqollu içkilər, dəniz məhsulları, balıq və qeyri-sənaye almazlarını almağı dayandırıb.

 

 

Son xəbərlər
Digər xəbərlər