13 C
Baku
Saturday, November 23, 2024

Kanada “Sepah”ı terror təşkilatları siyahısına daxil edib

Kanada iqtidarı İran İslam İnqilabı Keşikçiləri Korpusunu (“Sepah”) terror təşkilatı kimi tanıyıb.

Bu barədə ictimai təhlükəsizlik, demokratik institutlar və hökumətlərarası əlaqələr üzrə nazir Dominik LeBlan bildirib.

“Hökumətimiz İslam İnqilabı Keşikçiləri Korpusunu Kanada Cinayət Məcəlləsinə əsasən terror təşkilatı kimi tanımaq qərarına gəlib”, – o söyləyib.

Nazir əlavə edib ki, bu cür hərəkətləri ilə Ottava “Kanadanın “Sepah” terror təşkilatı ilə mübarizə üçün əlində olan bütün vasitələrdən istifadə edəcəyinə dair aydın siqnal göndərir”.

LeBlan qeyd edib ki, iqtidar “Kanada kəşfiyyat xidmətlərinin tövsiyəsi, həmçinin xarici siyasət mülahizələri əsasında” “Sepah”ı terror təşkilatları siyahısına salmaq qərarına gəlib. Onun sözlərinə görə, Ottava kəşfiyyat xidmətlərindən bunun edilməsi lazım olduğuna dair “ciddi və inandırıcı sübutlar” əldə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər