10 C
Baku
Wednesday, December 11, 2024

Kanada şirkəti Azərbaycanın neft yataqlarında hasilatı artırır

Kanadanın “Zenith Energy Ltd.” şirkəti “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarında hasılatı artırmaq niyyətindədir.

Report agentliyi xarici mediaya istinadən xəbər verir ki, şirkətin icraçı direktoru Andrea Kattaneonun sözlərinə görə, cari ilin sonuna kimi “Muradxanlı-Cəfərli-Zərdab” yataqlarından sutka ərzində 1000 barel neft çıxarılması planlaşdırılır.

“Əgər neft istehsalı gün ərzində 700 barelə, ilin sonuna kimi isə 1000 barelə çatarsa şirkət profisitlə çalışacaq. İstehsalın artması böyük xərc tələb etməyəcək. Lakin gündəlik 1000 barel hədəfinə çatsaq çoxlu gəlir əldə edəcəyik”, – deyə şirkət rəhbəri vurğulayıb.

Qeyd edək ki, 2016-cı il martın 16-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və “Zenith Aran Oil Company Limited” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sazişi SOCAR prezidenti Rövnəq Abdullayev və “Zenith Aran Oil Company Limited” şirkətinin baş icraçı direktoru Andrea Kattaneo imzalayıblar. Sazişdə “Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus Ortaq Neft Şirkəti isə 20%-lik iştirak payına malikdirlər. Saziş 25 il müddətində qüvvədə olacaq. “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqları ümumilikdə 642,4 kvadratkilometr ərazini əhatə edir.

Son xəbərlər
Digər xəbərlər