8 C
Baku
Monday, November 18, 2024

Kanada Ukraynadakı səfirliyinin fəaliyyətini dayandırıb

Kanada Ukraynada təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda bu ölkədəki səfirliyinin işini dayandırıb.

Bu barədə xarici işlər naziri Melani Jolinin şənbə günü yaydığı bəyanatda deyilir.

“Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə cəmləşməsi ilə əlaqədar təhlükəsizlik vəziyyətinin pisləşməsini nəzərə alaraq, (Kanada hakimiyyəti) Lvovda müvəqqəti nümayəndəlik təşkil edəcək və Kiyevdəki səfirliyin işini dayandıracaq”, – XİN rəhbəri bildirib. Jolinin sözlərinə görə, səfirliyin işi Ukraynada təhlükəsizlik vəziyyəti imkan verən kimi bərpa olunacaq.

Xarici işlər naziri vurğulayıb ki, Ukraynada Kanada vətəndaşlarına konsulluq xidməti Lvovdakı müvəqqəti diplomatik nümayəndəlik tərəfindən həyata keçiriləcək. “Lakin bizim diplomatik dəstək göstərmək imkanımız ciddi şəkildə məhdudlaşdırıla bilər”, – bəyanatda əlavə edilir.

 

 

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər