-1 C
Baku
Sunday, December 15, 2024

Kanada ukraynalı qaçqınlara $117 mln. ayıracaq

Kanadanın Baş naziri Castin Trüdo bildirib ki, ölkə Ukraynadan olan qaçqınları qəbul edəcək.

Banker.az “Kommersant”a istinadən xəbər verir ki, miqrantlara yardım məqsədilə büdcədən 117 milyon dollar ayıracaq.

Cənab Trüdo bu mövzunu Varşavada Polşa Prezidenti Anjey Duda ilə müzakirə edib. Kanadanın rəsmisi qeyd edir ki, ukraynalı qaçqınların qəbulu Polşa kimi Ukrayna ilə qonşu olan ölkələrə təzyiqləri azaltmağa kömək edəcək.

“Kanada Ukraynadan olan qaçqınları məmnuniyyətlə qəbul edəcək, immiqrasiya ilə bağlı xüsusi tədbirlər üçün müəyyən etdiyimiz kvota 117 milyon dollardır. Digər şeylər arasında insanların Kanadaya mümkün qədər tez çatması üçün immiqrasiya prosedurları sürətləndiriləcək”, – deyə Trüdo söyləyib.

Castin Trüdo bildirib ki, indi Kanadaya səyahət üçün müraciətləri onlayn şəkildə doldurmaq mümkündür. Həmçinin, qaçqınlara Kanadada işləmək və təhsil almaq imkanı veriləcək və onlar orada qala biləcəklər. “Qısa müddətdə mümkün qədər çox insanı qəbul etmək üçün mümkün olan hər şeyi etməyə çalışırıq”, – Baş nazir əlavə edib.

Fevralın 24-ü Rusiya Prezidenti Vladimir Putin Ukraynanı “denasifikasiya və demilitarizasiya” olunması üçün hərbi əməliyyata başladığını açıqlayıb. BMT-nin məlumatına görə, martın 8-nə qədər 1.2 qaçqın Ukraynanı tərk edib. Əsas axın Polşa, Macarıstan, Moldova, Slovakiya və Rumıniyada olub. Rusiya Xarici İşlər Nazirliyi 2 milyon insanın Rusiyaya təxliyə olunmaq istədiyini iddia edir.

Son xəbərlər
Digər xəbərlər