10 C
Baku
Thursday, December 12, 2024

Kanada ukraynalıların soyqırımını tanıyıb

Kanada parlamenti yekdilliklə Rusiyanın Ukraynadakı hərəkətlərini Ukrayna xalqına qarşı soyqırımı kimi tanıyan qətnamə qəbul edib. Banker.az “Kommersant”a istinadən xəbər verir ki, sənəddə fevralın 24-ü başlayan Rusiya hərbi xüsusi əməliyyatı zamanı “vəhşiliklər və dinc əhalinin sistematik şəkildə öldürülməsindən” bəhs edilir.

Sərəncamın mətnini deputat Hizer Makferson təqdim edib. O, həmçinin Kanadanın Baş naziri Castin Trüdodan Moskvaya qarşı sanksiyaları sərtləşdirməyə və Kiyevə humanitar yardımı artırmağa çağırıb.

“Biz Beynəlxalq Cinayət Məhkəməsini maliyyələşdirməli və onun bu soyqırımın arxasında duranları araşdırmaq və məsuliyyətə cəlb etmək üçün lazım olan bütün vasitələrə və resurslara malik olduğundan əmin olmaq üçün daha çox iş görməliyik”, – deyə deputat söyləyib.

Bundan əvvəl rus hərbçilərinin hərəkətləri Latviyada soyqırım kimi tanınıb. Bundan əvvəl ABŞ-ın keçmiş və indiki prezidentləri Donald Tramp və Co Bayden Ukrayna hadisələrini belə təsvir etmişdilər.

Son xəbərlər
Digər xəbərlər