Kanada Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə qarşı sanksiyalar tətbiq edib.
Bu barədə Kanada Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, sanksiyalar həmçinin Krım və Xerson vilayətinin Mədəniyyət Nazirliyinə, Zaporojye və Xerson vilayətlərinin təhsil nazirliklərinə, eləcə də Rusiyanın yeni bölgələrindəki bəzi muzeylərə qarşı tətbiq edilib.