16 C
Baku
Monday, September 30, 2024

Kanada Ukraynaya $350 milyon kredit verib

Kanada hakimiyyəti qışda istiliyə görə yanacaq almaq üçün Ukraynaya 450 milyon Kanada dolları (350 milyon dollar – Red) məbləğində kredit ayırıb.

Bu barədə Kanada Maliyyə Nazirliyinin rəhbəri və baş nazirin müavini Kristi Frilandın bəyanatında bildirilib.

“Bu gün baş nazirin müavini və maliyyə naziri Xristiya Friland qışdan əvvəl isitmə üçün lazım olan yanacağın alınmasına görə Ukraynaya 450 milyon dollar kredit ayrıldığını elan edib”, – sənəddə deyilir.

Friland əlavə edib ki, Kanada ümumilikdə 2022-ci ildə Beynəlxalq Valyuta Fondunun hesabları da daxil olmaqla Ukraynaya 1.95 milyard Kanada dolları (1.5 milyard dollar) məbləğində kredit verib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər