Kanadanın Baş naziri Castin Trüdo Kiyevdə Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb. Yardımın həcmi 373 milyon dollar təşkil edəcək.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş çərçivəsində keçirilən mətbuat konfransında isə Trüdo Kanadanın ukraynalı pilotlar üçün çoxtərəfli təlim proqramında iştirak edəcəyini açıqlayıb.