24 C
Baku
Friday, April 26, 2024

Kanada Ukraynaya daha 118 milyon ABŞ dolları ayıracaq

Kanada hökuməti humanitar və digər ehtiyaclar üçün Ukraynaya daha 151,7 milyon Kanada dolları (təxminən 118 milon ABŞ dolları) ayıracaq.

Bu barədə Şimali Amerika ölkəsinin Baş naziri Castin Trüdonun Almaniyada keçirilən G7 sammitinin yekunlarına görə yayılan mətbuat xidmətinin bəyanatında deyilir.

“Baş nazir Trüdo Ukraynada sülh və təhlükəsizliyi dəstəkləmək üçün yeni humanitar yardımın göstərilməsi üçün 151,7 milyon Kanada dolları ayrıldığını açıqlayıb”, – sənəddə deyilir.

Bu məbləğin 75 milyon Kanada dolları (təxminən 58 milyon ABŞ dolları) birbaşa ərzaq, tibbi ləvazimat və müvəqqəti sığınacaqların alınmasına yönəldiləcək. 15 milyon Kanada dolları (11,6 milyon ABŞ dolları) Ukrayna ərazisinin minalardan təmizlənməsi proqramlarına yönəldiləcək.

Bundan əlavə, Castin Trüdo qeyd edib ki, rəsmi Ottavanın əvvəllər Kiyevə yardım üçün ayırdığı 73 milyon Kanada dolları (56,7 milyon ABŞ dolları) Ukrayna və onun qonşu dövlətlərində humanitar böhranın aradan qaldırılması üçün tədbirlərə yönəldiləcək.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər