Kanada hakimiyyəti Ukraynaya daha 25.5 milyon dollar məbləğində hərbi yardım göstərmək qərarına gəlib.
Bu barədə çərşənbə günü ölkənin müdafiə naziri Anita Anandın bəyanatında deyilir.
Növbəti yardım paketinə qış avadanlıqları və yüksək ayırdetmə qabiliyyətinə malik dron kameraları daxildir. Ottava həmçinin Kanada peyklərindən alınan görüntüləri Kiyevə ötürəcək