27 C
Baku
Saturday, June 29, 2024

Kanada və ABŞ arasında azad ticarət haqqında sazişə dair danışıqlar davam edəcək

Kanada və Birləşmiş Ştatlar Şimali Amerika azad ticarət zonası haqqında Sazişi (NAFTA) saxlamaq üçün ikitərəfli danışıqlarda mübahisəli məsələləri həll etmək niyyətindədir. Meksika və ABŞ bir ildən artıq davam edən danışıqlardan sonra bazar ertəsi razılıq əldə olunduğunu bəyan ediblər. Bu razılaşma Kanadaya üç ölkə arasında 1 trilyon dollar həcmində ticarətin aparıldığı 24 illik NAFTA-nın modernləşdirilməsi üzrə danışıqları bərpa etmək imkanı verib.

Banker.az AzərTac-ın Vaşinqton üzrə korrospondentinin yaydığı məlumata istinadən bildirir ki, bu fikri Kanadanın xarici işlər naziri Kristina Friland jurnalistlərə müsahibəsində səsləndirib. Onun sözlərinə görə, avtomobillərin mənşəyi qaydaları və əmək hüquqlarına dair Meksikanın konsessiyası danışıqlarda həlledici rol oynayıb ki, bu da öz növbəsində Ottava ilə Vaşinqton arasında danışıqların bərpasına şərait yaradıb. Kanada ABŞ və Meksika arasında iki ay davam edən danışıqlardan kənarlaşdırılmışdı və bu ölkənin xarici siyasət idarəsinin rəhbərinə Tramp Administrasiyası ilə danışıqlar aparmaq heç də asan olmayacaq. Belə ki, nazir Birləşmiş Ştatlar və Meksika tərəfindən hazırlanan şərtlərlə razılaşmaq məsələsində təzyiqə məruz qalacaq.

Friland beynəlxalq ticarət danışıqlarında ABŞ Prezidentinin təmsilçisi Robert Laythizerlə görüşdən sonra qeyd edib ki, əhəmiyyətli məsələlərlə bağlı Birləşmiş Ştatlarla məhsuldar danışıqlara ümid edir. Kanadanın qoşulmadığı təqdirdə ABŞ və Meksika arasında ticarət sazişi Konqresdə təsdiq olunmaya bilər.

Son xəbərlər
Digər xəbərlər