Kanadada anomal istilər səbəbindən 200-dən çox insan ölüb

Kanadanın müxtəlif şəhərlərində 200-dən çox insan anomal yüksək temperatur qurbanı olub.

Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə polisə istinadən “CBC” yazıb. Verilən məlumata görə, Britaniya Kolumbiyası əyalətində hava temperaturu rekord 49°С təşkil edib.

25 iyundan bəri Britaniya Kolumbiyasında 233 ölüm hadisəsi qeydə alınıb. Vankuver polisi 65 qəfil ölüm çağırışına cavab verdiyini və son iki gündə Surrey şəhərində istilər səbəbindən 38 nəfərin öldüyünü bildirib. Polis əməkdaşlarının qiymətləndirmələrinə görə, adətən bu cür halların sayı gündə dörd-beşi keçmir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.