2 C
Baku
Saturday, December 14, 2024

Kanadada enerji şirkətinin əməkdaşı Çinə casusluqda ittiham olunur

Kanadanın Kvebek əyalətində polis yerli “Hydro-Quebec” enerji şirkətinin əməkdaşını Çinin xeyrinə casusluq ittihamı ilə saxlayıb.

Bu barədə Kanadanın federal hüquq-mühafizə orqanlarının məlumatında deyilir.

Artıq saxlanılan 35 yaşlı Yuşen Vana qarşı ittiham irəli sürülüb. Qeyd olunub ki, istintaq 2022-ci ilin avqustunda hüquq-mühafizə orqanları “Hydro-Quebec”in korporativ təhlükəsizlik departamentindən şikayət aldıqdan sonra başlayıb.

Belə ki, Van rəsmi mövqeyindən istifadə edərək məxfi məlumatları əldə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər