“Böyük Yeddiliy”in (G7 — Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) liderləri illik, sayca 51-ci sammit üçün bir araya gəlirlər.
Tədbir 15–17 iyun tarixlərində Kanadanın Alberta əyalətində yerləşən Kananaskis kurort bölgəsində keçiriləcək.
İyunun 15-də yalnız qeyri-rəsmi görüşlər nəzərdə tutulur. Sammitin rəsmi hissəsi isə iyunun 16-sı, bazar ertəsi başlayacaq.