26 C
Baku
Saturday, July 27, 2024

Kanadada insanların seçiminə pul vasitəsilə təsir etmək üçün tətbiq yaradıldı

Sahibkar Kortn Smit 2021-ci ilin mart ayında “NewNew” tətbiqini işə salıb. Tətbiqdə bir istifadəçilər digərləri arasında sorğu aparmaq üçün onlara pul ödəyir. Hələki tətbiqin beta-versiyası mövcuddur

Banker.az “Vc.ru”ya istinadən xəbər verir, bu barədə “BBC” yazıb.

İstifadəçi səsvermədə iştirak etdikdə sorğu müəllifi ödəniş alır. Minimum ödəniş 5 dollar təşkil edir.

Kortn tətbiqin yaradıcıların pərəstişkarları ilə daha sıx əlaqə qurmasına kömək etmək üçün hazırlandığını izah edir: istifadəçilər nə edəcəyinə qərar verir, müəllif isə bu barədə hesabat verir.

“Məsələn, bir səsin sevdiyiniz sənətkara təsir etdiyini və onun növbəti rəsm əsərinin göy və çəhrayı tonlardan olacağı bir çox insan üçün həqiqətən maraqlı ola bilər”, – deyə sahibkar izah edir.

Hələki müəlliflərin sayı 100-ü keçmir. Onlar suallarını video formatından verirlər. İstifadəçilər istədikləri qədər pul ödəyə bilirlər. Nəticə nə olursa olsun, pul geri qaytarılmır. Bütün suallar süni zəka vasitəsilə yoxlanılır və təhlükəli olanlar avtomatik olaraq silinir.

Qeyd edək ki, “NewNew” tətbiqi “PayPal”ın qurucularından biri Piter Til, “Andreessen Horowitz” investisiya fondu və aktyor Uill Smitdən sərmayə cəlb edib.

“NewNew” tətbiqini işə salmazdan əvvəl Kortn Smit 10 ildən çox kanadalı repçi Dreyk ilə çalışıb və onun menecerlərindən biri olub

Son xəbərlər
Digər xəbərlər