11 C
Baku
Şənbə, Noyabr 27, 2021

Kanadada şəhər bitkoin mayninqi vasitəsilə isidiləcək

Kanadanın Şimali Vankuver ərazisində evlər bitkoin mayninqindən əldə edilən enerji ilə isidiləcək.

Banker.az xəbər verir ki, kriptovalyuta mayneri “MintGreen” təxminən 100 binanı istiliklə təmin edəcək. Verilən məlumata görə, yeni texnologiyanın 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

“MintGreen” tərəfindən patentləşdirilmiş “rəqəmsal qazanlar” bitkoin mayninqi üçün istifadə olunan enerjinin 96%-ni bərpa edir və yaşayış evləri, o cümlədən sənaye müəssisələrinin isidilməsi üçün yetərli sayılır.

Şirkət mayninq nəticəsində yaranana istiliyi “tutur” və isti su sisteminə yönədir. Daha sonra enerji istehlakçılar arasında bərabər şəkildə paylanır. Bu texnologiyanın 20 min metrik ton istixana qazının atmosferə daxil olmasının qarşısını alacağı gözlənilir.

Qeyd edək ki, bir çox ölkələr kriptovalyuta mayninqindən əldə edilən enerjini sənayedə və gündəlik həyatda tətbiq etməyə çalışır. Məsələn, sentyabr ayında bitkoin mayninqi şirkəti “Stronghold Digital Mining” Pensilvaniyadakı kömür elektrik stansiyasını alıb.

“Stronghold” özünü “ekoloji cəhətdən təmiz və şaquli inteqrasiya olunmuş mədənçi” kimi qələmə verir. DEP-in statistikasına əsasən, şirkət bu günə qədər Pensilvaniyada 404 hektardan çox ərazinin bərpasına kömək edib.

Son xəbərlər
Oxşar xəbərlər
X