11 C
Baku
Friday, October 25, 2024

Kanadada sərt məhdudiyyətlər tətbiq olunacaq

Kanadada insanların sıx yaşadağı Ontario əyalətinin hakimiyyət orqanları yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən 26 dekabrdan etibarən bütün ərazisində vətəndaşlar üçün sərt məhdudlaşdırıcı tədbirlər tətbiq edəcək.

“TASS” xəbər verir ki, bu barədə regionun başçısı Daq Ford jurnalistlərə açıqlamasında bildirib.

“Ontarioda yoluxanların sayı artmağa davam edir. Əgər indi tədbir görməsək, nəticələr fəlakətli olacaq. Ontario ərazisində dekabrın 26-sı saat 00:01-dən etibarən “lokdaun” rejimi tətbiq edilir”, – deyə Ford qeyd edib. Onun sözlərinə görə, Ottava və Toronto kimi şəhərlərin yerləşdiyi əyalətin cənub hissəsində məhdudiyyətlər 28 gün, şimalında isə 14 gün davam edəcək.

Məhdudiyyətlər ilkin zərurət malları satmayan bütün ticarət nöqtələrinin, idman zalları, kafe və restoranların bağlanacağını nəzərdə tutur. Ontarioda 21 dekabrda başlayan qış tətili kiçik sinif şagirdləri üçün yanvarın 11-dək, yuxarı sinif şagirdləri üçün isə yanvarın 25-dək uzadılacaq. Əhaliyə zərurət olmadıqda evlərini tərk etməmək tövsiyə olunub.

Son xəbərlər
Digər xəbərlər